Əvvəlcə istilik mühafizə tavası dübellərin bir hissəsi ilə divara vurulur, sonra müşəmbə çəkilir və qalan dübellər ilə istilik mühafizə tavası müşəmbə ilə birlikdə divara bərkidilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Ekranın üzlük tavaları kimi aşağıdakı materiallardan istifadə oluna bilər:

– presləmə yolu ilə sement-lifli materiallardan alınan (fibrosement) tavalar;

– laylı plastiklərdən tavalar;

– kompozit tavalar (yanmayan);

– təbii daşlardan tavalar (qranit, mərmər, travertin, keratvin və s.);

– keramik və keramoqranit tavalar;

– kirəmit tavalar;

– alüminium lövhələr;

– metal kasetlər;

– möhkəmləndirilmiş şüşə.