İcra sxemi (geodezik ölçmələrin nəticələrinə əsasən) və həndəsi ölçmələr əsasında binanın qoruyucu konstruksiyalarına bağlandıqdan sonra hava aralaylı asma fasadların quraşdırılması layihəyə uyğun olaraq həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların quraşdırılması layihədə nəzərdə tutulmuş texnoloji ardıcıllığa riayət edilməklə, əməliyyatların icra keyfiyyətinin yoxlanılması və üstü örtülən işlərin aktlarının tərtib edilməsi ilə aparılmalıdır.