Hava aralaylı asma fasad sistemləri yeni binaların tikintisində, mövcud binaların yenidən qurulmasında və əsaslı təmirində dekorativ tamamlama üçün və xarici divarların istilik mühafizə xassələrinin artırılması üçün nəzərdə tutulub.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların tətbiq sahəsinə normal geoloji və geofiziki şəraitdə, bütöv en kəsikli divarlarla və divar materialının sıxlığı 600 kq/m3-dən az olmayan, divarların xarici səthinin temperaturu +80°C-dən -25°C-yə qədər intervalda və daxili səthdə isə +30°C-dən çox olmayan, quru, normal və rütubətli nəmlik zonalarında (AzDTN 2.12-4-yə uyğun olaraq) tikilən və ya yenidən qurulan binalar aiddir.