Binanın künclərindəki hava aralaylarının fasadın bütün hündürlüyü boyu hava keçirməyən şaquli izolyasiya (arakəsmə) ilə ayrılması tövsiyə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
İstilik izolyasiya qatının növü və qalınlığı, eləcə də fiziki-mexaniki xassələri (sıxlıq, istilik keçiriciliyi, su udması) Normaların 13-cü bölməsinin tələbləri ilə istilik-texniki hesablamaları əsasında hava aralaylı asma fasadların layihəsi ilə müəyyən edilir.