İstilik izolyasiya tavalarının nəqli, saxlanması və quraşdırılması zamanı onlar nəmdən, çirklənmədən və mexaniki zədələnmələrdən qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Üst təbəqəsinin sıxlığı 90 kq/m3-dən az olan istilik qatı istifadə edildikdə külək-hidroizolyasiya membranı istifadə olunmalıdır. Külək-hidroizolyasiya membranı üst-üstə 100 mm mindirilməklə quraşdırılır.