İstənilən aqressivlik dərəcəli mühitlər üçün kontakt korroziyasından mühafizə üçün bərkitmə sisteminin bütün elementlərinin bircins materiallardan hazırlanması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Eyni zamanda korroziyayadavamlı, yaxud sinklənmiş poladdan hazırlanmış və alüminium konstruksiyalarla təmasda olan anker boltlarının başlıqlarının və digər bərkidici detalların altında qalvanik izolyasiya üçün polimer şaybalar qoyulmalı və ya təmas səthləri TNvəQ 2.03.11-in tələblərinə uyğun hava şəraitinə davamlı III və ya IV qrup boya və laklarla boyanmalıdır.