“Qarabağ” məğlub oldu

28 Noyabr 2024, 23:53

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turunda bu gün növbəti oyuna çıxıb.

Heftelik.az-ın məlumatına görə, Ağdam klubu Fransanın “Lion” komandası ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Beləliklə, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.