Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyil.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.