Sifarişçi tərəfindən verilən sifarişlər və bu sifarişlər üzrə keçirilmiş hərracların nəticələri barədə məlumatlar (hərracın başlanması, başa çatması, aparılan əməliyyatlar və s.) təşkilatçı tərəfindən arxivləşdirilir və tələb olunduğu təqdirdə təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Hərraca çıxarılan bütün əmlaklar ümumi siyahıda göstərilməklə yanaşı, hərracın mərhələsinə, əmlakların mülkiyyət formasına, növünə, qiymətinə, ünvanına, yeni və ya işlənmiş olmasına, sifarişlər üzrə bu Qayda ilə müəyyən edilən hərəkətlərin başlanması və başa çatması müddətlərinə görə təsnifatlaşdırılır.