“TikTok “18 yaşdan kiçik gənclərə effekt vasitəsilə gözlərini süni şəkildə böyütməyi, dodaqlarını dartmağı, dəri tonunu yumşaltmağı və ya dəyişməyi qadağan edəcək.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, şirkət bu dəyişiklikləri Dublindəki Avropa qərargahında keçirilən təhlükəsizlik forumunda açıqlayıb.

Buna səbəb uşaqların psixi sağlamlığı ilə bağlı narahatlıqlar olub. Mütəxəssislərin fikrincə, gözəllik filtrləri internetdə mükəmməl görüntüyə alışmış gənclərin real görünüşü haqqında mənfi düşünməsinə səbəb olur.