Yenidən qurulan və ya tikilən binalar üçün hava aralaylı asma fasad sistemlərinin elementlərinin seysmik yüklərə hesablanması AzDTN 2.3-1-ə uyğun aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
AzDTN 2.3-1-in 2.5 bəndində 1 və 3 düsturuna uyğun olaraq hesablama seysmik yükləri təyin edərkən K1 əmsalının qiymətləri cədvəl 4-dən seçilir və digər əmsalların qiyməti aşağıdakı kimi qəbul edilir:
– K2 = 0,35;
– K3 = 1,0;
– Кψ = 1,0;
– β·η = 2,0 (üfüqi seysmik yüklər üçün);
– β·η = 5,0 (şaquli seysmik yüklər üçün).