Yenidənqurulan binalar üçün hava aralaylı asma fasadların işçi layihələri quraşdırılan səthin, divar materialının həcm çəkisinin və möhkəmliyinin, səthin şaqulilikdən faktiki sapmalarının, boşluqların ölçüsü və yerləşməsi, damın, karnizin və kürsülüyün konstruksiyası, layihələndirmə üçün vacib olan digər elementlərin faktiki vəziyyətləri təyin olunmaqla xarici divarların hərtərəfli müayinəsinin nəticələri əsasında işlənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.