Asma fasad sisteminin quraşdırılması üçün tikinti işlərinin yerinə yetirilməsi layihəsində işlənilən əsas sənədlərin siyahısı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Asma fasad sisteminin quraşdırılması üçün tikinti işlərinin yerinə yetirilməsi layihəsində işlənilən əsas sənədlərin siyahısı:

– Asma fasad sisteminin quraşdırılması üçün texnoloji xəritələr (sxemlər), o cümlədən işçi cizgilər, əməliyyatların  şərhi və s.

–  Təhlükəsizlik və əməyin mühafizəsi üzrə həllər.

– Texnoloji inventar və quraşdırma avadanlığının siyahısı, həmçinin yüklərin qoşulma sxemləri.

–  İzahat vərəqi.

– Texniki-iqtisadi göstəricilər, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi və yerinə yetirilmə müddəti, eləcə də onların smeta ilə müqayisədə maya dəyəri, fiziki iş həcminin vahidinə və ya əmək məhsuldarlığı üçün qəbul olunmuş digər göstəriciyə görə fasad sahəsinin 1 m2 sahəsinin əmək məsrəfləri və mexanikləşdirmə səviyyəsi.