Yalnız alüminium ərintilərdən hazırlanmış anodlaşdırılmış (və ya boyalı) detalların və boyanmış sinklənmiş polad elementlərin bir-biri ilə birləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Hava aralaylı asma fasadların konstruksiyası, o cümlədən detalları və onun binanın yükdaşıyan konstruksiyalarına bərkidilmə düyünləri aşağıdakılar nəzərə alınmaqla layihələndirilməlidir:
– hava aralaylı asma fasadların öz çəkisindən yaranan statik yükün, üzlüyün ikitərəfli buzlaşma ehtimalı və külək yüklərinin, o cümlədən külək yüklərinin pulsasiya komponentinin birgə təsiri;
– hava aralaylı asma fasadların möhkəmlik və istilik-texniki xüsusiyyətləri saxlanıldığı halda temperatur deformasiyalarının sərbəstliyi təmin edilməklə, temperaturun illik və gündəlik dövri dəyişkənliyi.