Yükdaşıyan karkasın konstruksiyasında materialların temperatur dəyişməsinə reaksiyasını kompensasiya edən və əlavə gərginliklərin, deformasiyaların və dağılmaların baş verməsinin qarşısını alan texniki həllər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu məqsədlə şaquli və üfüqi istiqamətləndiricilər sahəsi 25 m2-dən çox olmayan temperatur bloklarına bölünməlidir.