Hava aralaylı asma fasadlar “Asma fasad sistemləri. Layihələndirmə normaları”na uyğun olaraq korroziyadan mühafizə tədbirləri yerinə yetirildikdə, ətraf mühitin təsiri aşağı və orta aqressiv olduqda istismar edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Hava aralaylı asma fasadların tətbiq sahəsi Normaların 10-cu bölməsində göstərilən yanğın təhlükəsizliyi tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Hava aralaylı asma fasadlar AzDTN 2.3-1-ə uyğun olaraq seysmik yüklərin təsiri nəzərə alınmaqla tətbiq olunmalıdır.