İstilik izolyasiya qatının yaradılması üçün sintetik yapışdırıcılar əsasında lifli istilik izolyasiya materiallarından hazırlanmış məmulatlardan istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu materialların fiziki-mexaniki xassələri aşağıdakı göstəricilərə cavab verməlidir:

– 25°С-də istilik keçiriciliyi DÜİST 7076 üzrə – 0,045 Vt/[m·°С]-dən çox olmamalı;

– buxar keçiriciliyi DÜİST 25898 üzrə – ən azı 0,30 mq/[m·saat·Pa];

– sıxlığı DÜİST 17177 üzrə – 200 kq/m3-dən çox olmayan və aşağıdakılardan az olmayan: mineral yundan istilik izolyasiya məmulatları üçün 80 kq/m3; ştapel şüşə lifli istilik izolyasiya məmulatları üçün 30 kq/m3;

– suçəkmə (yalnız mineral yundan istilik izolyasiya məmulatları üçün, DÜİST 17177 üzrə, suçəkmənin təyini üsulu qismən suya batırılmaqla) – çəki üzrə 35% -dən çox olmayaraq;

– 72 saat ərzində sorbsiya nəmliyi (ştapel şüşə lifli istilik izolyasiya məmulatları üçün təyin olunur, DÜİST 17177 üzrə) – 5% -dən çox olmamalıdır.