Təkrar hərracların sayı 2-dən artıq ola bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.

Hərracın gedişində texniki problem yarandıqda, iştirakçılara bu barədə bildiriş göndərilir və problem aradan qaldırılanadək hərrac dayandırılır. Dayandırılmanın müddəti 30 dəqiqədən artıq ola bilməz. Texniki problemi aradan qaldırmaq mümkün olmadıqda isə hərrac növbəti gün davam etdirilir.