Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.
Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.
Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.
Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəq olub.