Ekranın üzlük tavalarının yükdaşıyan karkasın istiqamətləndiricilərinə bərkidilməsi üsulu istiqamətləndiricilərin səthinə kip oturmasını, külək təsirində vibrasiyadan yaranan səslərin olmamasını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Üzlük tavaları arasında aralıqların ölçüsü, qısqacların (klyamerlərin) möhkəmliyi və deformasiya qabiliyyəti yükdaşıyan karkas elementlərinin mümkün temperatur deformasiyalarını nəzərə alaraq aşağıdakı mənfi təsirlərin istisna olunması üçün təyin edilməlidir:

1) tavaların yarılması;

2) qısqacların və pərçimlərin kəsilməsi;

3) qısqacın deformasiyası;

4) tavaların və ya panellərin öz-özünə düşməsi.