Üzlük tavaları külək yüklərinin təsirindən əyilmədə möhkəmliyə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu halda, üzlük tavalarının aşırımı, birləşdirildiyi istiqamətləndiricilər arasındakı məsafəyə bərabər olan biraşırımlı tir kimi hesablanmasına yol verilir.