Vergilər üzrə borcların ödənilməsi qaydası müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:
– yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
-hesablanmış faizlərin məbləği;
– tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.