Fasadların piyada zonalarına bitişik hissələrində, fasadlara təsadüfi ekstremal təsirlər nəticəsində üzlük elementlərinin düşməsindən insanların qorunması üçün tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Asma fasad sisteminin yükdaşıyan karkası bütün istismar müddəti ərzində, hesablama ilə təsdiqlənmiş, zəruri yükdaşıma qabiliyyətini təmin etməlidir.
Yükdaşıyan karkasın möhkəmliyi, sərtliyi, fəza dayanıqlılığı AzDTN 2.1-1, AzDTN 2.3-1*, AzDTN 2.16-1, AzDTN 2.17-1, АzDTN 2.18-1 və DÜİST 27751 normativ sənədlərinə uyğun olmalıdır.