Sabirabad sakinləri 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik dirəyindən yıxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.
İlkin məlumata görə, onlar sözügedən ərazidə elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan dirəkdən yıxılıblar.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda keçinib.
Digər yaralı A.Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hər iki sakinin “AzərEnerji” ASC-nin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.