Müxalif Suriya Milli Ordusu bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat bölgəsini tam mühasirəyə alıb.

Heftelik.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Suriya Milli Ordusu Şeyh Neccar sənaye bölgəsinə qədər irəliləyib və bununla da Tel Rifat bölgəsi tam mühasirəyə alınıb.
Əməliyyat çərçivəsində Tel Rıfatdakı Minnığ Hava Limanı, Şevergaelrız, Tennep, Malikiyye, Keffin, Kefernaya, Miskan, El-Cuz, Tatmıraş, Tel İneb, Mezeret Hamad, Zoyan və Maranaz kəndləri, Zuyan təpəsi də PKK/YPG terrorçularından təmizlənib və müxalif Suriya Milli Ordusunun nəzarətinə keçib.

Müxalif Suriya Milli Ordusu  artıq Tel Rifat şəhərinə daxil olub. Artıq müxalif Suriya Milli Ordusunun döyüşçüləri PKK/YPG terrorçularının şəhərin mərkəzindən təmizlənməsini həyata keçrir.

Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.