Yükdaşıyan və üzlük elementləri elə quraşdırılmalıdır ki, onlarda başlanğıc gərginliklər yaranmasın.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Konsol dirsəklərin bərkidilməsi üçün fasad işarələndikdən sonra anker elementləri altında divarda dəliklər açılır. Açılmış dəliklər hava üfürməklə tozdan təmizlənməlidir.