Bələdiyyə seçkiləri 118 seçki dairəsində keçiriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə seçkilər keçiriləcək: “125 seçki dairəsindən 7-si tam məcburi köçkün seçicilərdən ibarətdir. Onlar bu gün proseslərdə iştirak etmir. Heç şübhəmiz yoxdur ki, növbəti bələdiyyə seçkilərində onlar da öz bölgələrində səs verəcəklər”.
Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi var.