Betonun kifayət qədər sıxlaşdırılmaması və armaturun açıq qalması nəticəsində divarların, sütunların və atmaların betonlanmasında yaranmış qüsurlara yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Monolit sahələr arasında elementlərin layihə uzunluqlarına nəzərən şaqulilik və üfüqilikdən yol verilən sapmaları, yerli nahamarlıqlar cədvəl 2-də göstərilən qiymətlərdən çox olmamalıdır.
Cədvəl 2
Parametr | Yol verilən sapmalar | Nəzarət (üsul, həcmi, qeydiyyat növü) |
1. Konstruksiyaların bütün hündürlüyü üzrə müstəvilərinin kəsişmə xətlərinin şaquli və ya layihə mailliyindən sapması: | ||
– Monolit mərtəbəarası və dam örtüyünü saxlayan sütun və divarlar | 15 mm | Ölçmə, hər bir konstruktiv element üçün yol verilən sapmalar, iş jurnalı |
– Yığma tir konstruksiyalarını saxlayan sütun və divarlar | 10 mm | |
– Aralıq örtüklər olmadıqda, sürüşdürülən qəliblərdə inşa olunan bina və qurğuların divarları | 100 mm-dən çox olmamaq şərti ilə qurğunun hündürlüyünün 1/500-i | Ölçmə, bütün divarlar və onların kəsişmə xətləri, iş jurnalı |
– Aralıq örtüklər olduqda, sürüşdürülən qəliblərdə inşa olunan bina və qurğuların divarları | 50 mm-dən çox olmamaq şərti ilə qurğunun hündürlüyünün 1/1000-i | |
2. Yoxlanılan sahənin bütün uzunluğu üzrə üfüqü müstəvinin sapması | 20 mm | Ölçmə, hər 50-100 m üçün ən azı 5 ölçmə, iş jurnalı |
3. Dayaq səthləri istisna olmaqla, iki metrlik təmasa ilə yoxlanıldıqda beton səthinin yerli nahamarlıqları | 5 mm | |
4. Elementin uzunluğu və ya aşırımı | ±20 mm | Ölçmə, hər element, iş jurnalı |