Bir və ya hər iki gözdə davamlı mütləq mərkəzi və paramərkəzi skotomalar olduqda, “Xəstəliklər cədvəli”nin bütün qrafaları ilə şəhadətləndirilənlərin hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası gözlərin funksiyasının vəziyyətindən asılı olaraq, “Xəstəliklər cədvəli”nin müvafiq maddələri və ƏTC üzrə təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.