Temperatur blokları elə qurulmalıdır ki, üzlük tavaları və ya panelləri yalnız bir temperatur blokunun istiqamətləndiricilərinə bərkidilsin.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu tələbi təmin etmək üçün istiqamətləndiricilərin uzunluqları üzlük tavaları və ya panellərin ölçüsünə bölünən olmalıdır. Bu şərtə əməl etmək mümkün olmadıqda, üzlük tavaların və ya panellərin temperatur bloklarından birinin istiqamətləndiricisinə hərəkətli bərkidilməsini təmin edən konstruktiv tədbirlər yerinə yetirilməlidir.