Ekranın üzlük tavalarının bərkidilməsi üçün qısqaclar yalnız austenit sinifli poladlardan hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Müxtəlif hündürlüklü dam örtüklü binalarda, altda yerləşən dama bitişik ekranın üzlük tavalarının alt sırası, dam örtüyünün təmiri işlərinin yerinə yetirilməsinin mümkünlüyünü təmin etmək üçün çıxarılabilən olmalıdır.