Qaranlığa adaptasiyanın (hemeralopiya) pozulması ilə birlikdə tor qişanın, piqmentlə və ya onsuz piqment degenerasiyası, toran görmənin nəzarəti müayinə üsullarından istifadə olunmaqla, bir saatlıq adaptometriyanın iki dəfə yerinə yetirilməsi ilə təsdiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Görmə sahəsinin fiksasiya nöqtəsindən 30 dərəcə səviyyəsinədək aşağıdan və bayırdan (şaquli və üfüqi meridianlar üzrə) davamlı daralması hər iki gözdə olduqda, qərar “Xəstəliklər cədvəli”nin bütün qrafaları üzrə “a” bəndi, bir gözdə olduqda “b” bəndi üzrə çıxarılır.