“Moon Kids” Uşaq Bağçasının dələduzluq ittihamı ilə həbs edilmiş təsisçisi Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
H.Rüstəmovanın əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.
İşi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər araşdıracaq.
Qeyd edək ki, xanım müttəhim Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178-ci (qulluq mövqeyindən istifadə etməklə təkrarən vəkülli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.