Litva və Estoniya “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Heftelik.az-ın məlumatına görə, Litva Bidzina İvanaşvili ilə yanaşı, Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə də qarşı sanksiyalar tətbiq edib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna isə “X” platformasındakı paylaşımında bildirib ki, Estoniya insan hüquqlarını pozan gürcüləri ölkəyə buraxmayacaq: “Bura “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze, Giorgi Butxuzi, Zviad Xarazişvili, Mileri Laqazauri, Mirza Kezevadze, Vaja Siradze və Teymuraz Kupatadze daxildir”.

Qeyd edək ki, ötən gün Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Litva, Latviya və Estoniyanın Gürcüstanda etiraz aksiyalarının yatırılmasının təşkilatçılarına qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlamışdı.