İkiqat sıxlıq prinsipi əsasında layihələndirilmiş sıxlığı 80 kq/m3-dən az (lakin 30 kq/m3-dən az olmayan) mineral yundan istilik izolyasiya məmulatlarının və sıxlığı 30 kq/m3-dan az (lakin 11 kq/m3-dən az olmayan) ştapel şüşə lifli istilik izolyasiya məmulatlarının istilik izolyasiya qatının daxili elementi kimi istifadə edilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda, xarici elementin qalınlığı istilik izolyasiya qatının ümumi qalınlığının 0,1-dən az, sıxlığı isə bu bəndin 2-ci abzasında göstərilən qiymətdən az olmamalıdır.