İstənilən hava aralaylı asma fasad sistemlərinin prinsipial konstruktiv həlli açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
İstənilən hava aralaylı asma fasad sistemlərinin prinsipial konstruktiv həlli aşağıdakı kimidir: Əsasın (1) xarici tərəfində kəsilməz istilik izolyasiya təbəqəsi (2) və yükdaşıyan karkasın elementləri (3) quraşdırılır. Karkasın elementləri vasitəsilə divara izolyasiya tavalarına nəzərən müəyyən hava aralayı ilə (4) üzlük tavalarından ekran (5) quraşdırılır (şəkil 1). Hava aralaylı asma fasadlar üçün konstruktiv həll nümunəsi şəkil 2-də göstərilmişdir.