Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində baş verib.

Kiş kənd sakinləri – 30 yaşlı Taryel Məhəmməd oğlu Abdullayev, 31 yaşlıBillur Məmmədrəsul qızı Abdullayeva, 5 yaşlı Fərid Taryel oğlu Abdullayev və bu il anadan olan Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX0 Təcili Tibbi Yardım şöbəsinə daxil olublar.

Xəstəxanada tibbi yardımdan sonra onlarən vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.