Sifarişçi Qanuna müvafiq olaraq borclunun əmlakının satılması üçün təşkilatçıya hərracın keçirilməsi ilə bağlı sifariş verir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Sifarişdə aşağıdakılar göstərilməlidir:
– hərracın keçirilmə forması;
– hərracın predmeti olan əmlak;
– hərracın predmeti olan əmlakın ilkin (əmlakın Qanunun 51-ci maddəsinə müvafiq müəyyən edilən qiyməti) və minimum satış qiyməti;
– hərracın predmeti olan əmlakın ünvanı (hərrac predmeti daşınmaz əmlak olduqda) və ya saxlandığı yer;
– hərracın predmeti olan əmlakın xarakterik xüsusiyyətləri, o cümlədən növü, modeli, markası və s.;
– hərracın predmeti olan əmlakı ətraflı şəkildə təsvir edən video və ya foto görüntü;
– hərracın predmeti olan əmlakla qabaqcadan tanış olma qaydaları;
– ödənişlərin müddəti və köçürüləcək hesablar.