Hava aralaylı asma fasad konstruksiyalarının uzunömürlülüyü mühit amillərinin təsirlərinə qarşı tələb olunan səviyyədə davamlılığa (şaxtayadavamlılıq, nəmədavamlılıq, korroziyaya və bioloji amillərin, yüksək temperaturun, temperaturun dövri dəyişmələrinin və ətraf mühitin digər dağıdıcı təsirlərinə qarşı davamlılıq) malik materialların tətbiqi ilə təmin olunmalı və zərurət olan hallarda davamlı olmayan materiallardan yerinə yetirilmiş konstruksiya elementlərinin xüsusi mühafizəsi nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.