Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında hərracın təşkilatçısının, vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin bilavasitə və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisinin vergi öhdəlikləri siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və bu Məcəllədə müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3 illik dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə vergi ödəyicisinin öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır.