Diplopiyasız müştərək çəpgözlük, paralitik çəpgözlük və binokulyar görmənin digər pozulmaları ilə hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası gözün funksiyalarından (görmə itiliyi, görmə sahəsi və s.) asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə və ƏTC-yə uyğun təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 33 | Refraksiyanın və akkomodasiyanın pozulmaları: | |||
| a) hər hansı gözün meridianlardan birində 12,0 DPTR-dən artıq yaxıngörməsi və ya uzaqgörməsi, hər iki gözdə iki əsas meridianda 6,0 DPTR-dən artıq refraksiya fərqi ilə hər növ astiqmatizm | D | D | D | |
| b) hər hansı gözün meridianlardan birində 8,0 DPTR-dən artıq və 12,0 DPTR-ə qədər yaxıngörməsi və ya uzaqgör-məsi, yaxud hər hansı gözdə iki əsas meridianda 4,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm | C | C | C və ya B FƏRDİ | |
| c) hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxıngörməsi, anizometropiya hallarında gözlər arasında 5,0 DPTR-dən artıq istənilən refraksiya fərqinin olması | C | C | B | |
| ç) hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm | A-3 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
