Fasad sistemini binanın yükdaşıyan konstruksiyalarına bərkidən elementlərə dair tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Fasad sistemini binanın yükdaşıyan konstruksiyalarına bərkidən elementlərin diametri, uzunluğu və növü aşağıdakılara əsasən seçilməlidir:

– əsasın materialına;

– dartıb çıxartmaya sınaqların nəticələrinə;

– bərkidilmə nöqtələrinə tətbiq edilən yüklərə;

– dartıb çıxartmaya etibarlılıq əmsalının əsaslandırılmış qəbulu nəzərə alınmaqla bərkidilmə düyünlərinin möhkəmliyə hesablamalarının nəticələri.