İlkin metodiki ŞƏRTLƏR

03 Dekabr 2024, 06:08

İlkin metodiki şərtlər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasad sistemlərinin yükdaşıyan karkas elementlərinin möhkəmliyə hesablamalarına aşağıdakı karkas elementlərinin AzDTN 2.1-1, AzDTN 2.18-1 və AzDTN 2.18-2 normativ sənədlərinə uyğun olaraq möhkəmlik və deformasiya şərtlərinə yoxlanılması daxildir:

– şaquli və/və ya üfüqi istiqamətləndiricilər;

– konsol dirsəklər;

– yükdaşıyan karkas elementlərinin öz aralarında bolt və/və ya pərçim birləşmələri;

– əsasa bərkidicilər;

– üzlük tavaları və panellər.