İstilik izolyasiya qatının materialı kimi köpükləndirilmiş polistiroldan istifadə olunmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Ən çox yayılmış istilik izolyasiya materiallarının siyahısı və onların xüsusiyyətləri əlavə 1-də verilmişdir. İstilik izolyasiya qatı tavasının quraşdırılması yükdaşıyan karkasın konsol-dirsəklərinin divara bərkidilməsindən sonra həyata keçirilir. İstilik izolyasiya qatının tavalarının əsasa xüsusi lövhə başlıqlı dübellər və şaybalı ankerlər vasitəsilə mexaniki üsulla bərkidilməsi nəzərdə tutulmalıdır.