İştirakçı hərracda şəxsən iştirak etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
İştirakçı hərrac başlayanadək hərracda iştirakdan imtina edə bilər. Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır.