Küçələrin süpürülməsi ilə bağlı yeni təklif var.

Heftelik.az-ın məlumatına görə, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”  qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev deyib ki, küçə süpürənlər az maaş alır, bu sahə özəlləşdirilməlidir.