Görmə sahəsinin 30 dərəcədən 45 dərəcəyədək daralması hər iki gözdə olduqda, qərar “Xəstəliklər cədvəli”nin “b” bəndi, bir gözdə olduqda isə “c” bəndi üzrə çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Stasionar şəraitdə təyin edilmiş və gözdaxili təzyiqin yüksəlməsi ilə müşayiət olunan xroniki uveit və uveopatiyalar, keratoqlobus və keratokonus “b” bəndinə aiddir.