Ankerlər üçün dartıb çıxartma etibarlılıq əmsalı ən azı 5 olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Sınaq nümunələrinin sayı və təcrübə ankerlərin quraşdırılma zonaları işçi sənədlərdə göstərilməlidir. Yükdaşıyan karkas elementlərinin öz aralarında bərkidilməsi üçün aşağıdakılar nəzərdə tutulmalıdır:
– boltlu birləşmələrlə;
– pərçim birləşmələrlə;
– özükəsən vintli birləşmələrlə;
– dəmirbəndlərlə;
– özünü genişləndirən vintlərlə;
– şinli birləşmələrlə.