Divar parametrlərinin cədvəl 2 və 3-də göstərilən dəyərlərdən kənara çıxması halında, hava aralaylı asma fasad sistemindən istifadə qərarı asma fasad sisteminin istehsalçısı ilə razılaşdırılma əsasında layihə təşkilatı tərəfindən qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların quraşdırılması texniki normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti işlərinin yerinə yetirilməsi layihəsində nəzərdə tutulmuş texnoloji ardıcıllıq gözlənilməklə həyata keçirilməlidir.