Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
İştirakçı hərrac addımına uyğun olaraq əmlakın satış qiymətini artırmaqla təklif verə bilər. İştirakçının təklif etdiyi qiymət hərrac addımına uyğun olmadıqda təklif qəbul edilmir və bu barədə iştirakçıya “elektron kabinet” vasitəsi ilə məlumat verilir.